RU

İçərişəhərdə Zeytun Festivalı davam edir

Oktyabrın 31-dən noyabrın 2-dək İçərişəhərdə Zeytun Festivalı keçirilir.

Aznews.az xəbər verir ki, “Absheron Olive Garden”, “Zire Olives” və “Olivea” şirkətlərinin sponsorluğu ilə keçirilən festivalın əsas məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların dəstəklənməsi və bu sahədə milli brendin formalaşdırılmasına töhfə verməkdir.

Tədbirə qatılan Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov və kənd təsərrüfatı naziri Məcnun Məmmədov festival pavilyonlarını ziyarət ediblər. Rəsmilər Qoşa Qala meydanında qurulan stendlərlə tanış olub, yerli istehsalçıların məhsullarını nəzərdən keçirib, zeytunçuluğun inkişafı, yeni istehsal texnologiyaları və məhsul çeşidləri barədə məlumat alıblar.

Azərbaycanın kənd təsərrüfatı sektorunda bu kimi təşəbbüslərin xüsusi önəm daşıdığı, yerli brendlərin tanıdılmasına, kiçik və orta sahibkarların bazara çıxış imkanlarının genişlənməsinə mühüm dəstək olduğu bildirilib.

Избранный
23
12
aznews.az

2Источники