RU

Si Cinpin Cənubi Koreya prezidentinə ‘ağıllı’ hədiyyə etdi — "İstəsən, qara qapını yoxla”


Çin lideri Si Cinpin və Cənubi Koreya prezidenti Li Cje Myon arasında 11 ildən sonra baş tutan tarixi görüş maraqlı anla yadda qalıb.

Si Cinpin Li Cje Myona və həyat yoldaşına Çin istehsalı Xiaomi flaqman smartfonları hədiyyə edib. Maraqlıdır ki, cihazların ekranları Koreya istehsalıdır.

Musavat.com xəbər verir ki, Prezident Li zarafatla soruşub:

“Bəs əlaqənin təhlükəsizliyi necə olacaq?”

Si Cinpin isə gülümsəyərək cavab verib:

“Buyurun, yoxlayın – orada ‘qara qapı’ varsa, taparsınız.”

Bu replikaya zalda gülüşlə reaksiya verilib — görüş Asiya diplomatiyasına yumorla qarışmış isti atmosfer gətirib.


Musavat.com

Избранный
42
musavat.com

1Источники