UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Ayntraxt” (Almaniya) itki ilə üzləşib.
QOL.az xəbər verir ki, komandanın hücumçusu Can Uzun sıradan çıxıb. O, Bundesliqanın 9-cu turunda “Haydenhaym”la oyunda (1:1) zədələnərək meydanı tərk edib.
"Bild"in məlumatına grə, türkiyəli forvard uzun müddət oynamaya bilər.
19 yaşlı Can Uzun bu mövüüm "Ayntraxt"da 13 oyuna 6 qol vurub, 4 qol ötürməsi edib.
Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” oyunu 2026-cı il, yanvarın 21-də keçiriləcək.