UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan Almaniyanın “Ayntraxt” klubu ciddi itki ilə üzləşib.
İdmanxeber.az xəbər verir ki, komandanın hücumçusu Can Uzun “Haydenhaym”la oyunda (1:1) zədələnib və meydanı göz yaşları içində tərk edib. “Bild”in məlumatına görə, 19 yaşlı forvard uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
Bu mövsüm Can Uzun “Ayntraxt”ın heyətində 13 oyunda 6 qol vurub və 4 asist edib.
Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” oyunu 2026-cı il yanvarın 21-də baş tutacaq.