RU

Barselona nın Harri Keynlə bağlı planı

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

"Barselona" "Bavariya"nın hücumçusu Harri Keynin transferini nəzərdən keçirir. Sport24.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.

Mənbənin sözlərinə görə, 32 yaşlı futbolçunun müqaviləsindəki 65 milyon avroluq sərbəst qalma bəndi 2026-cı ilin yayında qüvvəyə minəcək. Kataloniya klubu Keyni 37 yaşlı Robert Levandovskinin yerinə transfer etməyi planlaşdırır.

Qeyd edək ki, Keyn bu mövsüm bütün turnirlərdə 15 oyunda meydana çıxıb, 22 qol vurub və 3 məhsuldar ötürmə edib. İngilis hücumçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
52
sport24.az

1Источники