RU

Rusiyalı cütlük: Bakı istilik və ilham atmosferi ilə heyran edir

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 2 noyabr, Günel Alıyeva, AZƏRTAC

Biz artıq üç ildir ki, bu festivalda iştirak edirik. Burada atmosfer həmişə isti, məkan gözəl, təşkilatçılıq isə ən yüksək səviyyədədir. Bakıdakı inanılmaz dərəcədə mehriban insanlar var və bizi heyran edir - bu, sadəcə möhtəşəmdir!

Bu barədə Rusiyanı təmsil edən və “Azerbaijan Dance Festival 2025”də iştirak edən rəqs cütlüyü Anastasiya və İlya Zaytsevlər AZƏRTAC-ın müxbirinə verdiyi müsahibədə deyiblər.

“Festivalda iştirak etmək, ilk növbədə, uzun illər ərzində təkmilləşdirilmiş peşəkar bacarıqlarımızı nümayiş etdirmək, ustalığımızın səviyyəsini göstərmək və digər insanları rəqsi sevməyə ruhlandırmaq üçün bir fürsətdir. Bizim üçün bu, həm də eyni düşüncəli insanlarla ünsiyyət qurmaq, təcrübə mübadiləsi aparmaq və özümüzü böyük bir beynəlxalq rəqs icmasının bir hissəsi kimi hiss etmək üçün unikal bir şansdır", - deyə rəqqaslar qeyd ediblər.

Onların sözlərinə görə, çıxışa hazırlıq çox intensiv olub-gündəlik məşqlər, repetisiyalar, geyim ilə bağlı iş, detalların və bədii aksentlərin müzakirə edilməsi. Aktiv hazırlıq mərhələsi təxminən bir ay yarım davam edib.

“Biz təlim düşərgələrində iştirak etdik və aparıcı müəllimlərlə işləmək şərəfinə nail olduq - onların bir çoxunun dərslərinə düşməyi illər ərzində xəyal etdik. Bu qədər yüksək səviyyəli mütəxəssislə işləmək və əvəzsiz təcrübə qazanmaq imkanına görə təşkilatçılara səmimi qəlbdən minnətdarıq”, - deyə Anastasiya və İlya Zaytsevlər vurğuladılar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
24
1
azertag.az

2Источники