RU

Arda Güler "Fənərbağça"ya daha iki milyon avro qazandırdı

Ajans.az bu barədə Goal.com-a istinadən xəbər verir. Bildirilir ki, Güler İspaniya La Liqasının 11-ci həftəsi çərçivəsində "Valensiya"ya qarşı ev oyununda "Real Madrid"in heyətində 75-ci matçına çıxıb. Bu amil İstanbul təmsilçisinin pul şəklində əlavə bonus qazanmasına səbəb olub. Məsələ burasındadır ki, "Fənərbağça" 2023-cü ildə Güleri "Real Madrid"ə satanda transfer müqaviləsində hər 25 matç üçün 2 milyon avro bonus bəndi daxil edilmişdi. "Fənərbağça" onun 25-ci və 50-ci matçlarından sonra 4 milyon avro bonus qazanıb və 75-ci matçından sonra da eyni məbləği almaq hüququ əldə edib.

"Fənərbağça" 100-cü və 125-ci matçlardan sonra da 2 milyon avro alacaq və bonusun ödənişi 125-ci matçdan sonra başa çatacaq.

Избранный
10
37
Ajans.az

10Источники