RU

Tovuzda futbol bayramı: “Turan Tovuz” öz meydanına döndü Oyunda iki qol var (Yenilənir)

ain.az bildirir, Mia.az saytına əsaslanaraq.

Misli Premyer Liqasının 10-cu turu çərçivəsində bu gün “Turan-Tovuz” Futbol Klubu (FK) “Şamaxı” FK-nı qəbul edib. 

Mia.az xəbər verir ki, bu ilki mövsümdə Tovuz klubu ilk dəfə öz meydanında ev oyununu keçirir. 

Stadionun ot örtüyünün bərpası səbəbindən klub mövsüm başlayandan bəri öz meydanında oynaya bilməmişdi. 

Bölgə futbolu arasında öz komandasına xüsusi diqqəti və coşğusu ilə seçilən Tovuzlu azarkeşlər stadionda boş yer qoymayıblar. Stadionda böyük anşlaq var.

Oyuna gəldikdə isə saat 16.00-da başlayan oyunun 45+2-ci dəqiqəsində "Şamaxı"  hesabı açıb. Tovuzlular bu qola saniyələr içində cavab verib - 1:1.

Qeyd edək ki, hazırda tovuzluları 18 xalla turnir cədvəlindəki birincin yerdən cəmi 2 pillə ayırır. Bugünki oyunda Tovuz klubunun qəbul etdiyi “Şamaxı” klubu ilə tovuzlular Premyer Liqada 8 dəfə qarşılaşıb. Bu oyunlar zamanı rəqibin qapısına 11 qol vurulub.

Zülfiyyə Mustafyeva

Mia.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
41
1
mia.az

2Источники