RU

Dillər Universiteti 100 mindən çox vəsaiti necə xərcləyəcək?

“Azərbaycan Dillər Universiteti” tərəfindən müxtəlif təyinatlı işlər üzrə bir sıra malların satın alınması üçün tender elan edilib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalınacaq mallar arasında 112 ədəd bir nəfərlik parta, 200 ədəd silikon əsaslı emulsiya, 100 ədəd gips və perlit əsaslı şpaklyovka, 80 ədəd gips əsaslı üzlük, 50 paçka M400 sinifli sement, 175 m² döşəmə laminatı, 30 m² metlax, daxili səthlər üçün 10 ədəd 20 sm-lik rulo, xarici səthlər üçün 10 ədəd 25 sm-lik rulo, 40, 60 və 90 mm-lik boyaq fırçaları, 2 ədəd standart unitaz, 2 ədəd yerdən unitaz, 2 ədəd əl-üz yuyan, 60 litr akrilik kopolimer binder, 60 m² GKL tipli alçipan, 30 m² sanitar qovşaq üçün plastik arakəsmə, 20 ədəd 18 mm qalınlığında dikt, 25 ədəd 80 sm-lik radiator, 4 ədəd 200 sm-lik radiator və 58 ədəd radiator ventili yer alır.

Tenderin ehtimal olunan qiyməti 104 193,80 AZN təşkil edir və təkliflərin təqdim olunması gözlənilir.

Избранный
24
nocomment.az

1Источники