"Sumqayıt" Misli premyer-liqasının 10-cu tur matçında evdə "Araz-Naxçıvan"ı məğlub etdi - 3:2.
"Football-plus.az" xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Saşa İliç oyunsonrası mətbuat konfransında oyun haqda danışdı.
- Çox maraqlı oyun oldu. Azarkeşlər 5 qola şahidlik etdilər. Güclü komandaya qarşı oynadıq. "Araz-Naxçıvan"da çox sayda texnikası mükəmməl olan oyunçular var. Çox sevincliyəm ki, məğlub durumda olsaq da, sonda qalib gəldik, dönüş etdik. Futbolçularımı buna görə təbrik edirəm.
- Hakimliklə bağlı fikriniz necədi?
- Heç nə. Oyunda bəzi söhbətlər olur. Hakimlik haqda danışmağı xoşlamıram.
- Ночной Режим
 - Домашняя страница
 - Статистика
 - Источники
 - Рейтинг
 - Погода
 - Валюта