RU

İtaliya makaron istehsalçılarını əlavə ABŞ tariflərindən qorumaq üçün dəstək axtarır

Müəllif: Tamara Mustafayeva, Banco.az

İtaliya makaron istehsalçılarını əlavə ABŞ tariflərindən qorumaq üçün dəstək axtarır.

Banco.azxəbər verir ki, İtaliyanın paytaxtı Romada dünən Baş nazir Corcia Meloni ilə görüşən Avropa İttifaqı (Aİ) Komissiyasının Ticarətdən məsul üzvü Maroş Şefçoviç bu gün həmçinin İtaliyanın xarici işlər naziri Antonio Tajani və 2026-cı il yanvarın 1-dən etibarən ABŞ tərəfindən 107 faizədək gömrük rüsumu tətbiqi gündəmdə olan bəzi italyan makaron istehsalçıları ilə görüş keçirib. Tajani və Šefčovič görüşdən sonra birgə mətbuat konfransı təşkil ediblər.

ABŞ və Aİ arasında gömrük rüsumları ilə bağlı danışıqlarda İtaliya ticarətinin maraqlarını da müdafiə etdiyinə görə Şefçoviçə təşəkkür edən Tajani deyib:
“ABŞ-ın 15 faizlik tarif çərçivəsinə hələ daxil edilməmiş bəzi sektorların da bu çərçivəyə salınmasının nə qədər vacib olduğunu vurğuladım.”

Tajani polad və alüminiumla yanaşı, maşınqayırma və zeytun yağı sektorlarının da ciddi problemə çevrilmə riski daşıdığını qeyd edərək bildirib:
“Bu sektorların istisna edilməsi bizim üçün problem yaradır. 15 faizlik tarif dərəcəsi bütün istehsal sahələrinə şamil edilməlidir.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
44
banco.az

1Источники