"WhatsApp" messenceri bəzi Rusiya istifadəçilərinə hesablarını e-poçt vasitəsilə təsdiqləməyi təklif etməyə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə bir sıra rusiyalı istifadəçilərə bildiriş göndərilib.
“E-poçtla təsdiqləyin. Hesaba daxil olmaq və ya onu bərpa etmək üçün e-poçtdan istifadə edin”, - bildirişdə deyilir.
Əvvəllər hesaba yalnız QR-kod və ya telefon nömrəsi ilə daxil olmaq mümkün idi.