RU

İtaliyada naməlum şəxslər 100 min avro dəyərində pendir oğurlayıblar

BAKI, 03 noyabr. TELEQRAF

İtaliyada Bolonya bələdiyyəsinin Castel d'Aiano'nun Santa Lucia qəsəbəsindəki Pieve Roffeno kooperativ pendir fabrikində 100 min avro dəyərində iki yüz qutudan çox pendir oğurlayıblar.

Teleqraf xəbər verir ki, soyğunçular axşam saatlarında mağazaya daxil olaraq hər birinin çəkisi təxminən qırx kiloqram olan pendirləri oğurlayıblar.

Pendir fabrikinin mövcud olduğu altmış il ərzində burada belə bir hadisə olmamışdı. İlkin məlumatlara görə, cinayətkarlar azı 191 qutu pendir oğurlayıblar, lakin yekun rəqəm daha çox ola bilər. Müşahidə kameraları onların pendiri iki maşına yükləyərkən çəkib.

Ehtimal olunur ki, maşınlar daha sonra Tola tərəf istiqamət alıb, burada cinayətkarlar, ehtimal ki, qənimətləri daşımaq üçün yük maşını gözləyirmiş.

Избранный
36
1
teleqraf.com

2Источники