RU

Rusiya Dnepropetrovsk vilayətinə zərbə endirdi Hərbçilər həlak oldu

Bizim media saytına istinadən ain.az xəbər verir.

Rusiya ordusu Dnepropetrovsk vilayətinə raket və dron hücumu həyata keçirib, nəticədə Ukrayna hərbçiləri həlak olub.Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın “Şərq” Qoşun Qruplaşmasının mətbuat xidməti məlumat yayıb.Qeyd olunub ki, ruslar yalnız döyüş xəttində Ukrayna Müdafiə Qüvvələrinin mövqelərinə deyil, həm də arxa zonalarda və təmas xəttinə yaxın yaşayış məntəqələrinə daimi hücumlar edir.“Düşmənin kombinə edilmiş zərbəsi nəticəsində, təəssüf ki, Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçuları arasında həlak olanlar və yaralananlar var. Hazırda müvafiq hüquq-mühafizə orqanları işləyir, xüsusən də baş komandan və Baş Qərargahın əmrlərinin yerinə yetirilməsi, raket təhlükəsi barədə vaxtında xəbərdarlıq, şəxsi heyətin açıq ərazidə yerləşdirilməsinin və iclasların keçirilməsinin qadağan olunması, eləcə də bu məqsədlər üçün nəzərdə tutulmayan yerlərdə yerləşmə ilə bağlı şərait araşdırılır”, –mətbuat xidmətinin məlumatında deyilir.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
34
4
bizim.media

5Источники