Bakı, 3 noyabr, AZƏRTAC
Amerika hərbçiləri Nigeriyadakı hərbi əməliyyatlarda iştirak edə bilərlər.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
O, jurnalistlərin “Nigeriyada ABŞ-ın hərbi müdaxiləsinin mümkünlüyü ola bilər?”sualına: “Hər şey mümkündür, mən çox şey təsəvvür edə bilərəm”, - deyə bildirib.