Arda Güler "Fənərbağça"dan 2 il əvvəl ayrılmağına baxmayaraq sabiq klubuna pul qazandırmağa davam edir.

Offsideplus.az xəbər verir ki, Madrid klubunun heyətində 75-ci matçına çıxan gənc futbolçu "sarı-lacıvərdlililər"in "kassa"sına daha 2 milyon avro əlavə edib.

Qeyd edək ki, A. Güler 20 milyon avroya "Fənərbağça"dan "kral klubu"na 20 milyon avroya transfer olub. İstanbul klubu razılaşmadakı bəndə əsasən hər 25 oyuna görə 2 milyon avro bonus qazanır.

Onlar indiyə qədər bu transferdən ümumilikdə 26 milyon avro gəlir əldə edib. 

Arda "Real Madrid"də 125 oyuna çıxarsa, "Fənərbağça" daha 4 milyon gəlir əldə edəcək.