RU

Hindistanda ağır qəza olub 20 dən çox insan öldü

Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Hindistanın Telanqana ştatında avtobus və yük maşınının iştirakı ilə baş verən böyük qəzada 20-dən çox adam ölüb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qəza Heydərabad şəhərinə gedən magistralda baş verib. 70 sərnişini daşıyan avtobus yük maşını ilə toqquşub.

"Polisin məlumatına görə, toqquşmanın təsiri o qədər güclü olub ki, yük maşınında daşınan çınqıl avtobusun üzərinə düşüb və bir neçə sərnişini əzib", - KİV qeyd edib. 

Seymur Əli 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
29
unikal.az

1Источники