“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” (AYNA) publik hüquqi şəxsin "Glorri" proqram tətbiqində limitsiz tarif paketindən illik istifadəyə görə ödədiyi vəsaitin həcmi açıqlanıb.
Pravda.az-ın xəbərinə görə, bu məbləğ 8 920 AZN-dir.
AYNA və xidməti göstərən “Glorri” MMC arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Cabir
Tarix: 3 Noyabr 2025, 11:06