Bakıda iki avtobusun toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Zabrat şosesində qeydə alınıb.
"Zabrat şosesində 139 nömrəli marşrut avtobusu ilə 198 nömrəli sərnişin avtobusu toqquşub. Bir qadın xəsarət alıb", - məlumatda qeyd edilib.