RU

Suriya tarixində ilk dəfə! Prezident Amerikaya gedəcək

Hurriyyet.az xəbər verir ki, Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa tezliklə Amerika Birləşmiş Ştatlarına səfər edəcək. Səfəri zamanı o, Suriya Ərəb Respublikasının müharibədən sonrakı yenidən qurulması ilə bağlı məsələləri müzakirə edəcək.

Suriya Xarici İşlər Nazirliyi bu məlumatı təsdiqləyib. Xarici işlər naziri Əsəd Əş Şabani bildirib: "Bu ay Prezident Əl Şaraa Suriyanın müharibədən sonra yenidən qurulması ilə bağlı danışıqlar aparmaq üçün Ağ Evə səfər edəcək."

Bu, Suriyanın 1946-cı ildə müstəqillik qazanmasından bəri ölkə rəhbərinin Birləşmiş Ştatlara ilk səfəri olacaq. Səfər çərçivəsində Suriyaya qarşı sanksiyaların tamamilə ləğvi ilə bağlı müzakirələrin aparılacağı gözlənilir.

Xatırladaq ki, oktyabr ayında Əl Şaraa Rusiya dövlətinin başçısı ilə danışıqlar aparmaq üçün Moskvaya uçmuşdu.

Hürr Tərcüman

Избранный
46
1
hurriyyet.az

2Источники