Bakı. Trend:
ABŞ-ın müharibə naziri Pit Heqset və Cənubi Koreyanın müdafiənaziri An Gyu Bak Koreya Xalq Demokratik Respublikası (KXDR) iləsərhəddə yerləşən hərbisizləşdirilmiş zonaya (DMZ) birgə səfərediblər.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, bu, iki ölkənin hərbi qurum rəhbərlərinin 2017-ciildən bəri ilk belə birgə səfəridir. Səfər çərçivəsində HeqsetDMZ-də xidmət edən koreyalı və amerikalı hərbçilərlə görüşəcək.
Daha sonra Pentaqon rəhbəri Seuldan 65 km məsafədə yerləşən ABŞhərbi bazasına gedəcək, orada amerikalı əsgərlər və onlarınailələri ilə söhbət edəcək.