RU

"Suriyaya xüsusi dəstək proqramına başlayırıq”

“Qonşumuz Suriyanın yenidən ayağa qalxması, bir an öncə əvvəlki günlərinə qovuşması bizim əsas prioritetimizdir. Bu istiqamətdə bu gün Suriyaya xüsusi dəstək proqramına da başlayırıq".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Təxminən 14 il ərzində suriyalı qardaşlarımız çox ağır bədəllər ödədilər. Baas rejiminin və terror təşkilatlarının hücumlarında 1 milyona yaxın suriyalı qardaşımız həyatını itirdi. Onlardan 3,6 milyonu Türkiyəyə olmaqla, milyonlarla insan başqa ölkələrə köçməyə məcbur qaldı. Bu müddətdə biz suriyalı mühacirlərə ev sahibliyi etdik. Qardaşlıq və qonşuluq borcumuzu ən gözəl şəkildə yerinə yetirməyə çalışdıq. 14 il ərzində Suriyanı qan gölünə çevirən zülm 8 dekabr inqilabı ilə nəhayət sona çatdı və Suriya Prezidenti Əhməd Əl- Şaraanın qətiyyətli rəhbərliyi altında ölkə yenidən toparlanma mərhələsinə qədəm qoydu", - o qeyd edib.

“Türkiyə olaraq nəqliyyatdan təhsilə, təhlükəsizlikdən ticarətə, sağlamlıqdan sosial xidmətlərə qədər Suriya xalqına dəstək verməyə davam edirik. Ölkənin siyasi birliyi və ərazi bütövlüyünün qorunması, bütün təbəqələri ilə suriyalı qardaşlarımızın qalıcı rifaha qovuşması istiqamətində təşkilatımızın və İslam dünyasının dəstəyi son dərəcə önəmlidir. Suriyanın bölgə iqtisadiyyatlarına inteqrasiyası həm Suriyaya, həm də bölgəmizə konkret töhfələr verəcək. Bu inteqrasiyanın ən mühüm hissəsini təşkil edən nəqliyyat layihələrinin həyata keçirilməsi məsələsinə diqqətimizi yönəltməyimiz, şübhəsiz ki, həyati əhəmiyyət daşıyır”, - Ərdoğan əlavə edib.

Избранный
75
operativmm.az

1Источники