RU

Ceyhun Bayramov Mustafa Desticini qəbul etdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin üzvü, Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Desticini qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan və Türkiyə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb.

Tərəflər parlamentlərarası əlaqələrin, həmçinin siyasi partiyalar səviyyəsində təmasların iki qardaş ölkə arasında münasibətlərin dərinləşməsinə xidmət etdiyini qeyd ediblər.

Избранный
46
5
publika.az

10Источники