RU

Netanyahu ölüm cəzası qanun layihəsini təsdiqləyib

İsrail parlamentinin Milli Təhlükəsizlik Komitəsi fələstinli məhbuslara ölüm cəzası tətbiqini nəzərdə tutan qanun layihəsini müzakirə edərək təsdiqləyib.

Misisya.Az xəbər verir ki, layihənin qanuna çevrilməsi üçün parlamentdə üç ayrı səsvermədə qəbul olunması tələb olunur.

Baş nazir Benyamin Netanyahu sənədi dəstəklədiyini açıqlayıb. Qanun layihəsinə əsasən, İsrail vətəndaşını öldürən fələstinlilər ölüm cəzasına məhkum ediləcək, lakin fələstinliləri öldürən israillilər bu müddəadan azad olacaqlar.

Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir Netanyahuyə dəstəyə görə təşəkkür edib və bildirib ki, “İsrail vətəndaşını öldürən hər bir fələstinli ölüm cəzası almalıdır”.

Layihənin bu həftə parlamentə təqdim ediləcəyi gözlənilir.

Seyranə QuliyevaMissiya.Az

Избранный
45
1
missiya.az

2Источники