RU

Pezeşkianın nüvə bəyanatı: Yaxın Şərqdə yeni gərginliyin başlanğıcı?

Bakivaxti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İran Prezidenti Məsud Pezeşkianın “nüvə obyektlərini daha böyük güclə yenidən quracağıq” bəyanatı Yaxın Şərqdə yeni bir gərginlik dalğasının başlanğıcı kimi qiymətləndirilə bilər. Bu açıqlama Tehranın nüvə proqramı ilə bağlı Qərblə münasibətlərində onsuz da kövrək olan tarazlığı daha da pozmaq potensialına malikdir.

Hazırkı beynəlxalq kontekstdə belə bir bəyanat təkcə diplomatik təzyiqlərin artmasına yox, eyni zamanda, regionda hərbi qarşıdurma riskinin yüksəlməsinə də gətirib çıxara bilər.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Abutalıb Səmədov bildirib ki, Pezeşkianın bəyanatı bölgədə gərginliyin artacağına və yeni hücumların baş verə biləcəyinə işarədir:

"İranın əsas hədəfi ABŞ-nin nüvə obyektlərini zənginləşdirməsinə mane olmaqdır. Əgər nüvə obyektlərində zənginləşdirmə prosesi davam etsə, uran da zənginləşəcək və bu halda danışıqların baş tutacağına inanmaq mümkünsüz olacaq".

Abutalıb Səmədov: İranın əsas hədəfi ABŞ-nin nüvə obyektlərini zənginləşdirməsinə mane olmaqdır

Onun sözlərinə görə, İran bu mövqedə israrlı olarsa, sülhün bərqərar olması çətinləşəcək, ölkəyə qarşı zərbələrin endirilməsi ehtimalı isə artacaq:

"ABŞ təklif edir ki, zənginləşdirilmiş uran ya xaricdən alınsın, ya da bölgə ölkələri tərəfindən, MAQATE və ABŞ-nin iştirakı ilə birgə zənginləşdirilsin. Bu, əslində, kifayət qədər konstruktiv təklif idi".

Sonda politoloq vurğulayıb ki, Pezeşkianın mövcud kursu gərginliyin daha da dərinləşdiyini göstərir. Bu isə bölgə üçün olduqca təhlükəlidir.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
19
1
bakivaxti.az

2Источники