RU

Özəl sektorda işləyənlər üçün icbari tibbi sığorta pulu azadılır



2026-cı il üçün özəl sektorda çalışanların icbari tibbi sığortahaqqını ödəmə qaydasına dəyişiklik ediləcək.

"Medicina" xəbər verir ki, “Tibbi sığorta haqqında” Qanuna təklif olunan dəyişiklikə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən işləyən şəxslər üzrə - sığortalı tərəfindən işçinin əməkhaqqının 2500 manatadək olan hissəsindən 2%, 2500 manatdan yuxarı olan hissəsindən 0.5% sığorta haqqı tutulacaq.

Həmçinin sığortaolunan tərəfindən əməkhaqqının 2500 manatadək olan hissəsindən 2%, 2500 manatdan yuxarı olan hissəsindən 0.5% sığorta haqqı tutulacaq.

Qeyd edək ki, hazırda qüvvədə olan qaydaya görə, sığortaolunan və sığortaedənin hər biri üçün əməkhaqqı 8000 manatadək olduqda sığortahaqqı 2%, əməkhaqqı 8000 manatdan çox olduqda isə 0.5% sığortahaqqı tutulur.


MEDİCİNA.AZ

Избранный
84
9
medicina.az

10Источники