BAKI, 3 noyabr. TELEQRAF
“Azərbaycan və Ermənistan arasında sülh prosesini institusionallaşdırmaqla yanaşı, Ermənistan hökumətinin daha bir prioriteti Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasıdır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Ermənistan Türkiyə ilə sərhədlərinin açılması üçün bütün lazımi hazırlıqları görüb. Açıq sərhədlər həm xalqlarımıza, həm də iqtisadiyyatlarımıza qarşılıqlı fayda gətirə bilər, Ermənistan və Türkiyə arasında ticarət dörvriyyəsi 200 faiz artırır. Türkiyə ərazisindən istifadə etməklə Ermənistanla Şərqi Avropa arasında ticarət yolu 10-25, Ermənistanla Mərkəzi Avropa arasında isə 5-15 faiz qısalacaq”, - o bildirib.