RU

AVP-nin qalmaqallı qurultayı ilə bağlı araşdırma aparılacaq

AVP-nin

Ana Vətən Partiyasının (AVP) oktyabrın 25-də keçirilən növbədənkənar qurultayı ilə bağlı sənədlər Ədliyyə Nazirliyinə təqdim edilib.

Reyting.az
xəbər verir ki, bunu APA-ya açıqlamasında qurultayda partiya sədri postuna namizəd olmuş Elçin Ağamalı bildirib.

Qeyd edək ki, qalmaqallı qurultayda AVP-nin sədri Fəzail Ağamalının qızı Günay Ağamalı, oğlu Elçin Ağamalı və daha 2 nəfər partiya sədri postuna iddialı olub.

Günay Ağamalının namizədliyini irəli sürmüş Fəzail Ağamalı Elçin Ağamalının qurultayın işini pozmaq istədiyini və yaranmış vəziyyətdə qurultay nümayəndələrinin onun növbəti qurultaya qədər sədr postunda qalmasını dəstəklədiyini bildirib.

Elçin Ağamalı növbədənkənar qurultayda partiyanın sədri seçildiyini iddia edir. Onun sözlərinə görə, qurultay nümayəndələrinin ona münasibətini görən Fəzail Ağamalı zalın işığını söndürtdürməyə çalışıb, buna baxmayaraq 155 qurultay nümayəndəsinin 100-dən çoxunun səsi ilə sədr seçildiyini bildirib.

Günay Ağamalı isə deyib ki, partiyanın sədri Fəzail Ağamalı qarşı tərəfdən qaynaqlanan, əvvəlcədən hazırlanmış və qurultayın gedişinə mane olan qeyri-etik, qalmaqal, təhdid xarakterli davranışlar səbəbindən növbədənkənar qurultayı qeyri-müəyyən müddətə təxirə salıb.
Избранный
22
7
reyting.az

8Источники