RU

Ukraynanın 60 milyardlıq maliyyələşdirilməsi sual altında

ABŞ-ın Kiyevə maliyyə dəstəyini dayandırmasından sonra Avropa Ukraynanın əsas maliyyə yükü ilə tək qalıb və gələn il üçün nəzərdə tutulan 60 milyard avronun necə ayrılacağı hələlik məlum deyil.

Musavat.com xəbər verir ki, bu barədə İtaliyanın “Corriere della Sera” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, indiyədək Ukraynaya maliyyə yardımı ilbəil artıb - 2022-ci ildə 74 milyard avro, 2023-də 79 milyard avro, 2024-də isə 89 milyard avro təşkil edib. Bu məbləğdə ABŞ-ın payı Avropadan bir qədər çox olub.

“Avropa Kiyevin büdcəsini dəstəkləməkdə tək qalıb, çünki Donald Trampın administrasiyası bütün transferləri və kreditləri dayandırıb. Hələlik Kiyevin büdcə ehtiyaclarının - azı 60 milyard avronun - necə qarşılanacağı məlum deyil”, - deyə qəzetin şərhçisi Federiko Fubini yazır.

Fubini ukraynalı mənbələrə istinadən bildirir ki, Ukraynanın müdafiə sənayesi maliyyə çatışmazlığı səbəbindən potensialının cəmi üçdə birini istifadə edə bilir. Buna görə də Avropa üçün dondurulmuş Rusiya aktivlərindən istifadə yolu tapmaq həyati əhəmiyyət kəsb edir. Onun hesablamalarına görə, ən azı 140 milyard avronun azad edilməsi “münaqişənin gələcəyini müəyyənləşdirə”, Kiyevə “daha iki il döyüşməyə imkan verə” bilər.

Bununla yanaşı, Avropa daxilində bu məsələ ilə bağlı fikir birliyi yoxdur: Almaniya, Skandinaviya və Şərqi Avropanın əksər ölkələri rus aktivləri hesabına Kiyevə kredit ayrılmasına tərəfdardır, lakin Fransa və İtaliya bu addıma ehtiyatla yanaşır, maliyyə məsuliyyəti götürmək istəmirlər.

Avropa İttifaqı hazırda Ukraynanı dəstəkləmək məqsədilə dondurulmuş 210 milyard avro dəyərində Rusiya aktivlərinin eksporpriasiyası (müsadirəsi) imkanını müzakirə edir. Üzv ölkələrin liderləri bu addımın risklərini ətraflı araşdırmaq üçün Avropa Komissiyasına göstəriş veriblər. Brüsseldə keçirilən son Aİ sammitində isə bu məsələ üzrə yekdil qərara gəlmək mümkün olmayıb. Qərarın ilin sonuna qədər qəbul ediləcəyi gözlənilir.

Musavat.com

Избранный
35
14
musavat.com

10Источники