Bu il iyunun 12-də Hindistanda baş vermiş təyyarə qəzasında sağ qalmış yeganə şəxs Vişvaş Kumar Rameş ailəsinin və özünün faciədən sonrakı həyatından danışıb.
Avtosfer.az xəbər veirr ki, “Independent” nəşrinə açıqlama verən Vişvaş hələ də yata bilmədiyini, daim həlak olan qardaşı haqqında düşündüyünü bildirib.
“Mən hər şeyimi itirdim. Tanrı mənə yeni həyat bəxş etdi, amma mənə sevinc gətirən hər şeyi aldı. Mən möcüzə nəticəsində sağ qaldım, amma hər şeyimi itirdim. Qardaşımı itirdim. Mən sınmışam. Qardaşım mənim dayağım idi. Anam, atam və kiçik qardaşım tamamilə mənəvi cəhətdən çöküblər”, – deyə Rameş bildirib.
Onun sözlərinə görə, aviasiya şirkəti qəzadan sonra ona və ailəsinə dəstək göstərməyib.(News24.az)
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта