Əfqanıstanda 6,3 bal gücündə zəlzələ baş verib.
Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində 20 nəfər ölüb, 534 nəfər yaralanıb.
Qeyd edək ki, zəlzələ Əfqanıstanın ən böyük şəhərlərindən biri olan və əhalisi təxminən 500.000 nəfər olan Məzari-Şərifdə baş verib.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin gücü 6,3 bal, dərinliyi isə 28 kilometr olub.
Xilasetmə işləri davam etdikcə ölənlərin sayının artacağı gözlənilir.
Həmidə İbrahimova