RU

Bolqarıstanda avro əleyhinə etiraz aksiyası keçirilib

Milliyyətçi Vazrajdane partiyasının tərəfdarları Bolqarıstanın 2026-cı ilin əvvəlindən avronun rəsmi pul vahidi kimi qəbul edilməsinə etiraz olaraq ölkənin Milli Bankının qarşısına toplaşıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə Bolqarıstanın BTA xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, etirazçılar Bolqarıstan Milli Bankının qubernatoru Dimitar Radevə məktub göndəriblər.

Avronun rəsmi pul vahidi kimi qəbul edilməsinə qarşı çıxanlardan ikisi Avropa İttifaqının bayrağına oxşayan və üzərində svastikaların çəkildiyi bayrağı yandırmağa cəhd edib.

Polis aksiyaya müdaxilə edib.

Избранный
14
4
yeniazerbaycan.com

5Источники