Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakı, 3 noyabr, AZƏRTAC
Bu günədək “ASAN xidmət” mərkəzlərinə 9 milyon 120 mindən çox vətəndaşın 91 milyondan çox müraciəti daxil olub.
Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib.
O bildirib ki, “ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 400-ə yaxın xidmət göstərilir. Rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,9 faiz təşkil edir.
Qeyd edək ki, hazırda ölkə ərazisində 28 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si Bakıda, 2-si Gəncədə, 2-si Sumqayıtda, digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən, Salyan, Naxçıvan, Lənkəran və Şuşadadır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.