RU

Britaniya Ukraynaya “Storm Shadow” raketlərini göndərib

Böyük Britaniya Ukraynaya Rusiyanın ərazisinə dərin məsafədən zərbələr endirməyə imkan verən “Storm Shadow” raketlərinin yeni partiyasını göndərib.

Xezerxeber.az “Bloomberg”ə istinadla xəbər verir ki, göndərilən raketlərin sayı açıqlanmasa da, bu addımın məqsədi Ukraynanın qış aylarında kifayət qədər raket ehtiyatına malik olmasını təmin etməkdir.

Avropa müdafiə şirkəti “MBDA” tərəfindən istehsal olunan bu raketlər 250 kilometrdən artıq uçuş məsafəsinə malikdir və hədəfə yüksək dəqiqliklə zərbə endirmək üçün inerisial, GPS və relyefə əsaslanan naviqasiya sistemlərindən istifadə edir.

Избранный
33
4
xezerxeber.az

5Источники