RU

Azərbaycan nümayəndə heyətinin Rumıniya Senatında görüşü keçirilib

Rumıniyada səfərdə olan Azərbaycan nümayəndə heyəti Parlament binasında, senator Kristian-Avqustin Nikulesku-Tağârlaşın rəhbərlik etdiyi senator qrupu ilə görüşüb.

Aznews.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov və nümayəndə heyətinin digər üzvləri iştirak ediblər.

Görüşdə iki ölkə arasında institusional dialoqun gücləndirilməsi, media və bu sferanın hüquqi tənzimlənməsi sahəsində təcrübə mübadiləsi, eləcə də informasiya təhlükəsizliyi və dezinformasiyaya qarşı mübarizə məsələləri müzakirə olunub.

MEDİA Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media sahəsində həyata keçirilən islahatlar, bu təşəbbüslərin hüquqi bazası, eləcə də beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində görülən işlərdən bəhs edərək bildirib ki, media resurslarının rəqəmsal informasiya mühitinə inteqrasiyası, innovativ həllərin tətbiqi, süni intellektin istifadəsində hüquqi və etik çərçivələrin formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. O, həmçinin bu sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

İsmət Səttarov Azərbaycanın audiovizual siyasəti, media tənzimləmə təcrübəsi və son illərdə həyata keçirilən islahatlar barədə məlumat verib. O qeyd edib ki, Azərbaycan media mühitinin şəffaflığını artırmaq, rəqəmsal yayımı inkişaf etdirmək və ictimai yayımın müstəqilliyini gücləndirmək istiqamətində mühüm addımlar atılıb.

Görüş zamanı Rumıniya tərəfi ölkənin media və hüquq sahəsindəki qanunvericilik təcrübəsini təqdim edib. Bildirilib ki, Rumıniya audiovizual tənzimləmə, mətbuat azadlığı, dezinformasiyanın qarşısının alınması və rəqəmsal məkanın idarə olunması istiqamətində Avropa İttifaqının tələblərinə uyğun qanunvericilik çərçivəsini təkmilləşdirib.

Избранный
50
19
aznews.az

10Источники