RU

Diş minasını ən çox pomidor və çay LƏKƏLƏYİR

İngilis diş həkimi Hannah Kinsella (Liverpul Universiteti Stomatologiya Məktəbi) bildirib ki, pomidor, çay, qəhvə, şərab, giləmeyvə və meyvə şirələrində olan rəngləndirici birləşmələr mina rənginə ən güclü təsir göstərir.

Busaat.az xəbər verir ki, bu barədə o, “Daily Mail”-ə açıqlama verib.

Mütəxəssis izah edib ki, şərabda, pomidorda, giləmeyvə və şirələrdə müxtəlif turşuların konsentrasiyası kifayət qədər yüksəkdir. Bu kimyəvi maddələr diş minasını korlayır və onun məsaməliliyini artırır – mikro çatların və çuxurların sayını artırır.

“Qırmızı şərab və pomidorda antosiyaninlər və taninlər kimi piqmentlər də var. Bunlar məsaməli minaya daha tez yapışaraq dişlərin ləkələnməsinə səbəb olur”, – Kinsella izah edib.

Yeganə

Избранный
70
busaat.az

1Источники