RU

“Deyirdi ki, 20 ci şəhid mən olacağam...” İlkin Ağaquliyevin DÖYÜŞ YOLU VİDEO

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Vətən müharibəsinin şəhidi İlkin Ağaquliyev Şabrandan olan 20-ci şəhid kimi tarixə düşüb. Bu gün qəhrəmanımızın şəhadətindən 5 il ötür. Şabranın qəhrəman oğlu İlkin Ağaquliyev 2000-ci ildə dünyaya gəlib. Mingəçevirdə Azərbaycan Dövlət Pedaqoji Kollecində “Fiziki tərbiyə müəllimliyi” ixtisası üzrə təhsil alıb.2018-ci ildə hərbi xidmətə yollanıb və xidmətdən sonra MAXE kimi ordu sıralarında qalıb. Müharibə başlayan gündən İlkin ön cəbhədə vuruşub. 

 

Sonuncu dəfə ailəsi ilə oktyabrın 14-də danışıb. Atasına deyib ki, “Qapımızdan bayraq as...” Atası isə “Özün qayıdıb asarsan” deyə cavab verib. Amma İlkin təkid edib və “Balaca bayraq asarıq” deyib. 

Bu, onların son söhbəti olub...Ətraflı Bizim.Media-nın videosüjetində:

Aytəkin Alxaslı, Sadiq Məmmədov, Bizim.Media, Şimal bürosu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
23
1
bizim.media

2Источники