RU

Ordumuzun ələ keçirdiyi erməni postundan EKSKLÜZİV GÖRÜNTÜLƏR: düşmən görün nələr hazırlayıb

Vətən mübaribəsində Zəfərimizdən beş il ötür və Zəfərimizin beş yaşı tamam olur. AZTV-nin hazırladığı reportajda düşmənin torpaqlarımızda qurduğu snayper postları haqqında bəhs edilib. Ajans.az xəbər verir ki, bir vaxtlar düşmənin içində xidmət etdiyi snayper postundan Azərbaycan ordusunun yerləşdiyi postlar, nəzarətdə saxlanılıb və atəş açılıb. Həmçinin, Azərbaycanın yaşayış məntəqələri atəş altında saxlanılıb. Kənardan su çənlərini xatırladan snayper postlarının ətrafında dəmirlə su çəni imitasiyası yaradılıb və içərisində kapsul yerləşdirilib. Snayper postunun içərisində Ermənistan əlifbasıyla yazılan yazılar diqqəti cəlb edib. Eyni zamanda, postda qeyd olunmuş 08.11.2018 tarixi də diqqətdən yayınmayıb. Ətraflı videoda:

Избранный
50
Ajans.az

1Источники