RU

Niko Kovaç: “Cob Bellingem əla formadadır” - ARENA.AZ

Dormund “Borussiya”sının baş məşqçisi Niko Kovaç “eşşəkarıları”nın ingiltərəli yarımmüdafiəçisi Cob Bellingemin çıxışını qiymətləndirib.

Arena.az xorvat mütəxəssisin müvafiq qənaətini təqdim edir:

“Cob əla formadadır. O, möhtəşəm fiziki hazırlığa və texnikaya malikdir. Ona heç bir şübhəm yoxdur, əksinə, güvənirəm”, deyə Niko Kovaç vurğulayıb.

Xatırladaq ki, Dortmund “Borussiya”sı Cob Bellingemi bu ilin yanında İngiltərənin “Sanderlend” klubundan transfer edib. 20 yaşlı yarımmüdafiəçinin transferi yeni klubuna 30,5 milyon avroya başa gəlib. İngilis futbolçunun Almaniya klubu ilə 2030-cu ilin 30 iyununadək müqaviləsi var. O, indiyə qədər “Borussiya”nın heyətində 18 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Cob Bellingem İngiltərənin digər klubu “Birmingem”in yetirməsidir. O, 2 il də “Sanderlend”də çıxış edib.

Cob İngiltərənin U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış etsə də, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 22 milyon avro məbləğində qimətləndirir.

Xatırladaq ki, Cob hazırda Madrid “Real”ında çıxış edən Cud Bellingemin doğma qardaşıdır. Cud da vaxtilə Dortmund “Borussiya”sında forma geyinib.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
32
28
arena.az

10Источники