ABŞ hakimiyyəti Miçiqan ştatında İŞİD tərəfdarları tərəfindən planlaşdırılan terror aktının qarşısını alıb.Bu barədə ABŞ-nin baş prokuroru Pamela Bondi “X”də məlumat verib.
“Məxfiləşdirilməmiş məhkəmə prosesi İŞİD-ə bağlı böyük bir terror planını ortaya qoyur: Miçiqan ştatının şərq dairəsində bir neçə şəxs həbs edilib. Onların çoxsaylı AR-15 tüfəngləri, taktiki avadanlıqları və ABŞ ərazisinə hücum üçün ətraflı planı olub”, – Bondi deyib.
Bondinin sözlərinə görə, günahsız insanların qətlə yetirilməsinin qarşısı federal prokuror Jerom Qordon, Federal Təhqiqatlar Bürosunun və Miçiqan hüquq-mühafizə orqanlarının hərəkətləri sayəsində olub.
Daha əvvəl Federal Təhqiqatlar Bürosunun direktoru Kaş Patel, Helloin hücumu ilə bağlı beş nəfərin həbs edildiyini açıqlayıb. Lakin yalnız iki nəfərə ittiham irəli sürülüb.