RU

ABŞ vətəndaşları 2026-cı ildən Özbəkistana vizasız səfər edə biləcəklər

Bakı. Trend:

2026-cı il yanvarın 1-dən etibarən ABŞ vətəndaşları Özbəkistana30 günədək vizasız səyahət edə biləcəklər.

Trend xəbər verirki, bu barədə qərar Özbəkistan Prezidenti Şavkat Mirziyoyevtərəfindən noyabrın 3-də imzalanmış fərmanla təsdiqlənib.

Sənəddə bildirilir ki, bu addım iki ölkə arasında ticarət,iqtisadi, mədəni və humanitar əlaqələrin inkişafına şəraityaratmaq, eləcə də turizm sahəsində qarşılıqlı mübadiləni təşviqetmək məqsədi daşıyır.

Qeyd edək ki, 2021-ci ildən etibarən 55 yaşdan yuxarı ABŞvətəndaşlarına turizm məqsədilə Özbəkistana 30 günə qədər vizasızsəfər etməyə icazə verilir.

Избранный
38
13
az.trend.az

10Источники