RU

Özbəkistan ABŞ vətəndaşları üçün viza rejimini ləğv edir

AzVision.az xəbər verir ki, müvafiq fərman prezident Şövkət Mirziyoyev tərəfindən imzalanıb. Qeyd olunur ki, bu qərar iki ölkə arasında ticari-iqtisadi, mədəni və humanitar əlaqələrin inkişafına, həmçinin turizm mübadiləsinin stimullaşdırılmasına yönəlib.

Fərmana əsasən, Özbəkistan Xarici İşlər Nazirliyinə Vaşinqtonla viza tələblərinin sadələşdirilməsi istiqamətində danışıqlara başlamaq tapşırılıb. Rəsmilər hesab edirlər ki, yeni qayda qarşılıqlı turist axınını artıracaq və Daşkəndlə Vaşinqton arasında mədəni əməkdaşlığı möhkəmləndirəcək.

Qeyd edək ki, 2021-ci ildən bu günə kimi yalnız yaşı 55-dən yuxarı olan ABŞ vətəndaşlarına 30 gün müddətinə vizasız giriş icazəsi verilirdi.

AzVision.az

Избранный
43
13
azvision.az

10Источники