RU

Novak Cokoviç ATP Final turnirində çıxış edəcək

İtaliya Tennis Federasiyasının (FITP) prezidenti Anjelo Binaci serbiyalı tennisçi, 24 qat “Böyük Dəbilqə” qalibi Novak Cokoviçin bu il Turində keçiriləcək ATP Final turnirində iştirak edəcəyini təsdiqləyib.

90deqiqe.Az-ın məlumatına görə, Binaci bu barədə “Spazio Tennis” nəşrinə açıqlamasında bildirib:

“Bizə rəsmi şəkildə bildirildi ki, Cokoviç Turində çıxış edəcək”

Beləliklə, serb tennisçi 18-ci dəfə ATP Final turnirinə vəsiqə qazanıb və bu göstəricidə isveçrəli əfsanə Rocer Federer ilə bərabərləşib. Cokoviç indiyədək turnirdə 16 dəfə iştirak edib, yalnız 2024-cü ildə zədə səbəbindən mübarizədən kənar qalıb. Federer isə yarışda 17 dəfə oynayıb və yalnız 2020-ci ildə iştirak etməyib.

ATP Final 2025 turniri 9–16 noyabr tarixlərində İtaliyanın Turin şəhərində keçiriləcək. Hazırkı titul sahibi italiyalı Yannik Sinnerdir.

Избранный
95
90deqiqe.az

1Источники