RU

Zaxarovanın Rusiya səfirinin İtaliya XİN-ə çağırılmasına cavabı

Moskvanın Romaya Kiyevə dəstək verməyin "cinayət və günah" olduğunu xatırlatmaq fürsəti olacaq.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın Romadakı səfirinin İtaliya Xarici İşlər Nazirliyinə çağırılmasından sonra bildirib.

"Romaya bir daha Kiyevdəki terrorçu rejimi dəstəkləməyin cinayət və günah olduğunu xatırlatmaq fürsəti olacaq”, - deyə Zaxarova reaksiya verib.

Qeyd edək ki, Rusiyanın Romadakı səfiri Aleksey Paramonov İtaliya Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Rusiya diplomatik missiyası məlumatı təsdiqləyib.

QAZİLER.AZ

Избранный
67
qaziler.az

1Источники