RU

"Çelsi"ni "Qarabağ"la Bakıdakı oyunda “qoşun” dəstəkləyəcək

Çempionlar Liqasının əsas mərhələsinin oyununda "Qarabağ"la üz-üzə gələcək "Çelsi"ni tribunalarda təxminən 800 azarkeş dəstəkləyəcək.

Sportinfo.az xəbər verir ki, qonaq komanda üçün iki sektor ayrılıb.

London komandası matçdan bir gün əvvəl, noyabrın 4-də Bakıya gələcək. "Zadəganlar"ın paytaxtda görüşdən əvvəl açıq məşqi və mətbuat konfransı olmayacaq.

"Çelsi"nin baş məşqçisi Entso Mareska İngiltərədə jurnalistlərin suallarını cavablandıracaq.

"Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Избранный
21
3
sportinfo.az

10Источники