RU

"X" bir ayda Azərbaycandakı bazar payının 77 %-ni itirdi

Bu ilin oktyabr ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) "Instagram"ın payı 35,77 % (ötən ay 20,31 %, 1 il əvvəl 38,68 % olub) təşkil edib.

Publika.az xəbər verir ki, "Statcounter" agentliyinin hesabatına əsasən, bu, sentyabr ayına nisbətən 15,46 faiz bəndi çox, bir il əvvəlki göstərici ilə müqayisədə 2,91 faiz bəndi azdır.

İkinci pillədə qərarlaşan "Facebook"un bazar payı ay ərzində 4,37 faiz bəndi azalaraq, illik isə 7,86 faiz bəndi artaraq 28,33 % (32,7 % və 20,47 %) təşkil edib.

Növbəti yerdəki "YouTube"un bazar payı ay ərzində 7,19 faiz bəndi, il ərzində isə 9,43 faiz bəndi artaraq 20,49 % (13,3 % və 11,06 %) olub.

Dördüncü pillədəki "Pinterest"in bazar payı aylıq 0,67 faiz bəndi artaraq, illik müqayisədə isə 11,6 faiz bəndi azalaraq 7,76 % (7,09 % və 19,36 %) təşkil edib.

Избранный
24
4
publika.az

5Источники