RU

Nyu-Cersidə əhaliyə ərzaq yardımı üçün Milli Qvardiya səfərbər edildi

BAKI, 4 noyabr. TELEQRAF

ABŞ-nin Nyu-Cersi ştatında əhalinin ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə Milli Qvardiya bölmələri səfərbər olunub.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı ştatın qubernatoru Fil Merfi sosial şəbəkə "X" hesabında paylaşıb.

Onun sözlərinə görə, Milli Qvardiya ərzaq məhsullarının anbarlanması və daşınması işlərinə cəlb olunub. Merfi ABŞ prezidenti Donald Tramp administrasiyasını hökumətin fəaliyyətinin dayandırılması səbəbindən SNAP (Əlavə Qida Yardımı Proqramı) üzrə vəsaitlərin ardıcıl və tam şəkildə maliyyələşdirilməməsində günahlandırıb.

Qubernator vurğulayıb ki, Nyu-Cersi rəhbərliyi ərzaq fondlarını dəstəkləmək və qida böhranından təsirlənən təxminən 800 min sakinə yardım göstərmək üçün bütün mümkün addımları atmaqda davam edəcək.

Избранный
33
teleqraf.com

1Источники