RU

Emin Əmrullayev əmək haqqını alıb?

Mia.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin balansında olan peşə məktəblərində əməkhaqqı gecikmələri davam edir.İldə bir neçə dəfə dəyişən qaydalar bu təhsil müəssisələrində çalışan işçiləri çətin vəziyyətə salıb. Krediti olan, gözünü ay sonunda zatən heç nəyə çatmayan əməkhaqqına dikən müəllimlər olduqca çətin duruma düşüb.

Məlumata görə, peşə təhsili müəssisələrində əməkhaqlarının hesablanması və ödənişi o qədər sistemsiz həyata keçirilir ki, gecikmələr artıq adi hala çevrilib.

İşçilər bildirirlər ki, bu barədə hara və kimə şikayət edəcəklərini belə bilmirlər. Peşə Təhsili üzrə Dövlət Agentliyinə ünvanlanan bütün suallar isə tamamilə cavabsız qalır. Peşə təhsili sahəsində yaranmış idarəetmə boşluğu nəticəsində sistem tamamilə nəzarətdən çıxıb.

Qeyd edək ki, təxminən bir ay öncə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov vəzifədən azad edilib. Təhsil naziri Emin Əmrullayev bu qərarın səbəblərini hələ də açıqlamayıb.

Hazırda Agentliyə müvəqqəti olaraq direktor əvəzi Simnar Məmmədov rəhbərlik edir. Lakin görünür, o da yaranmış vəziyyətə tam nəzarət edə bilmir və nəticədə peşə məktəblərində çalışanların əməkhaqları hələ də ödənilmir.

Maraqlıdır, nazir Emin Əmrullayev gösərən əmək haqqını alıb? Əgər nazir alıbsa, o zaman müəllimlər niyə hələ də gözləyir?/bizimxeber.org

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
68
mia.az

1Источники