RU

"PAŞA Bank" və ABİF sahibkarlara 10.000.000 AZN-dək güzəştli kredit imkanı təqdim edir

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank"Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) ilə əməkdaşlıqçərçivəsində sahibkarlar üçün yeni güzəştli maliyyələşmə proqramınastart verib. Proqramın məqsədi yerli sahibkarlığın dayanıqlıinkişafını dəstəkləmək, rəqabət qabiliyyətini gücləndirmək, yenitexnologiyaların tətbiqini təşviq etmək və istehsal sahələriningenişləndirilməsi üçün əlçatan maliyyə imkanları yaratmaqdır.

ABİF-in zəmanət və subsidiya mexanizmləri sayəsində sahibkarlarəlavə təminat və ya yüksək faiz yükü olmadan öz biznesləriniaşağıdakı şərtlərlə maliyyələşdirə biləcəklər:

  • Məbləğ: 10 000 000 AZN-dək
  • Müddət: 120 ayadək
  • İllik faiz dərəcəsi: 5%-dən başlayaraq

Kreditə müraciət prosesi tam onlayn şəkildə həyata keçirilir, buda sahibkarlar üçün vaxt itkisinin qarşısını alır və prosesi dahaçevik edir.

Ətraflı məlumat və müraciət üçün bu linkə keçid edin.

Sahibkarlığın inkişafına verdiyi davamlı dəstəyə görə PAŞA Bank2024-cü ildə nüfuzlu “Euromoney” jurnalı tərəfindən “Ən yaxşı KOSbankı”, 2025-ci ildə isə “Azərbaycanın ən yaxşı bankı” adına layiqgörülüb. Bu mükafatlar bankın real sektora yönəlik uzunmüddətlistrateji yanaşmasının və biznes ekosisteminin inkişafına verdiyitöhfənin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

Məqalədə:
Избранный
12
4
az.trend.az

6Источники