RU

Azərbaycanda bu cihazları satmaq və istifadə etmək qadağandır – RƏSMİ

Azərbaycanda elektron cihazlar kimyəvi təhlükəsizlik testlərindən keçirilirmi?

Son illərdə Azərbaycanda elektron cihazlara - xüsusilə də simsiz qulaqcıqlara, ağıllı saatlara və digər portativ texnologiyalara olan tələbat xeyli artıb. Lakin bu məhsulların sürətlə yayılması onların təhlükəsizliyi, eləcə də istehsal zamanı istifadə olunan kimyəvi maddələrin insan sağlamlığına və ətraf mühitə mümkün təsiri ilə bağlı suallar doğurur.

Beynəlxalq təcrübədə belə cihazlar bazara çıxarılmadan öncə müxtəlif kimyəvi və texniki testlərdən keçir. Bəs Azərbaycanda satılan elektron məhsullar bu cür yoxlamalardan keçirmi?

Day.Az xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Bizim Media-nın bu sualına cavab olaraq bildirib ki, "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, istehlakçılara təqdim olunan qeyri-qida mallarına dair məcburi tələblər xüsusi texniki reqlamentlərlə müəyyən edilir.

Qurumun məlumatına görə, hazırda Səhiyyə Nazirliyi tərəfindən "Elektrotexnika və radioelektronika məmulatlarında təhlükəli maddələrin tətbiqinin məhdudlaşdırılması haqqında" texniki reqlament layihəsi hazırlanıb. Sənəd "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı" çərçivəsində işlənib və hazırda aidiyyəti dövlət orqanları ilə razılaşdırılma mərhələsindədir.

Layihədə elektrotexnika və radioelektronika məhsullarında istifadəsi qadağan edilən və ya yalnız müəyyən hədlərdə yol verilən kimyəvi maddələr - civə, qurğuşun, kadmium, xrom və digər zərərli elementlər - barədə tələblər əksini tapıb.

Qurum həmçinin xatırladıb ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna əsasən, satıcı yalnız keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və istehsalçının təqdim etdiyi məlumata uyğun olan məhsulları istehlakçılara təqdim etməlidir.

Bununla yanaşı, məhsulun standartlara uyğunluğunu təsdiqləyən sertifikat olmadıqda, həmin malların, o cümlədən xaricdə istehsal olunmuş cihazların Azərbaycanda satışına və istifadəsinə icazə verilmir.

Qanunvericiliyin tələblərinə cavab verməyən malların istehsalı, satışı və istifadəsi isə İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət yaradır.

Избранный
23
3
day.az

4Источники